ADA-nın tələbələri "Azercell"də təcrübə keçəcəklər | FOTOLAR

ADA-nın tələbələri "Azercell"də təcrübə keçəcəklər |    FOTOLAR
  16 May 2025    Oxunub:317
İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən "Azercell" ADA Universitetinin keçirdiyi "İşəgötürülmə qabiliyyəti həftəsi 2025" ("Employability Week 2025") çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi.
Bilik və bacarıqların qiymətləndirilməsi mərhələlərindən uğurla keçmiş 12 ADA Universiteti tələbəsi "Azercell"in Yay Təcrübə Proqramında iştirak hüququ qazandı. Seçilmiş tələbələr 3 ay müddətində şirkətin müxtəlif departamentlərində real iş mühitində təcrübə keçəcək, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı əldə edəcəklər.

"Azercell"in təcrübə proqramı gənclərin potensialını üzə çıxarmaq, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaq məqsədi daşıyır.

“Employability Week 2025” təşəbbüsünün bağlanış mərasimi haqqında video reportaj ilə tanış olmaq üçün: https://youtu.be/hPDDhVPn_-8
"Azercell Telekom" MMC-nin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az

AzVision.az


Teqlər: Azercell   ADA  





Xəbər lenti